REGİONLAR


Vahid aylıq müavinətin müəyyən edilməsi məcburi köçkünlərə davamlı qayğının təzahürüdür

Ağcabədi, 28 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi laçınlı məcburi köçkünlər tərəfindən də razılıqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətində rayon sakinlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin təyin edilməsi haqqında” Fərmanından və həmin Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinəti, habelə kommunal və digər xidmətlər üçün dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”ndan irəli gələn məsələlərdən bəhs edilib. Laçınlı məcburi köçkünlər dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmanın onlara göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin təyin edilməsi haqqında” Fərmanının və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamının hər bir məcburi köçkün kimi, laçınlılar tərəfindən də böyük sevinclə qarşılandığını bildirib. Sərəncamın laçınlılarda yüksək əhval-ruhiyyə yaratdığını deyən A.Nəzərli Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı digər torpaqlarımızın da azad olunacağına əminliyini ifadə edib.

Çıxışlarda məcburi köçkünlərə vahid aylıq müavinətin təyin edilməsi və ödənişin sadələşdirilməsi dövlətimizin başçısının hər bir köçkün ailəsinə davamlı qayğısının təzahürü kimi dəyərləndirilib.

A.Nəzərli Fərmanın icrasından irəli gələn vəzifələrin əhali arasında təbliği və izahı üçün laçınlı məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə görüşlərin keçiriləcəyini qeyd edərək, kənd, qəsəbə və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.