CƏMİYYƏT


Vakant olan hakim vəzifələrinə namizədlərlə yazılı imtahan avqustun 12-də keçiriləcək

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Hakimlərin Seçki Komitəsi vakant olan hakim vəzifələrinə namizədlərlə yazılı imtahanın avqustun 12-də Bakı İdman Sarayında (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26a) keçiriləcəyini elan edib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini avqustun 9-dan iş vaxtı ərzində şəxsiyyət vəsiqəsini təqdim edərək Hakimlərin Seçki Komitəsindən almalıdırlar. Namizədlər imtahana buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verilən binanın qarşısına gəlməlidirlər.

İmtahana gələrkən həmin buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi mütləq gətirilməlidir. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

Əlaqə telefonları: (012) 510-22-97; (051) 510-22-97.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.