İDMAN


“Valensiya” futbol klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib

Bakı, 24 may, AZƏRTAC

“Valensiya” futbol klubu yeni baş məşqçisi Marselinyo Qarsiya Toralı ictimaiyyətə təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Valensiya” ilə ikiillik müqavilə imzalayan Marselinyo Qarsiya Toral son olaraq “Vilyareal”da çalışıb.

Əlli bir yaşlı mütəxəssis təyinatı ilə bağlı deyib: “Qələbə qazanmaq istəyi bizi birləşdirməlidir. Biz birlikdə güclü olacağıq. Nizam-intizama üstünlük verirəm, komandada hər şeyin qaydasında olmasına çalışıram. Çünki bunsuz uğur qazanmaq mümkün deyil. Heyətimizi gücləndirəcəyik. Daha çox istedadlı, ambisiyalı oyunçulara üstünlük verəcəyik. “Valensiya” iddialı olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.