MƏDƏNİYYƏT


Valeriya: “Sea Breeze” bizim üçün yeni yaradıcı mühitdir

Bakı, 27 iyul, AZƏRTAC

“Jara” Beynəlxalq Musiqi Festivalının bu il də hərarətli olacağına şübhə etmirəm. Burada tamaşaçılar fəal və emosionaldırlar. Festival artıq ötən il təcrübə toplayıb. Bu ilki festivaldan, əlbəttə daha çox hərarət və həyəcan gözləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində musiqi aləmində Valeriya kimi tanınan Rusiyanın Xalq Artisti Alla Perfilova söyləyib.

O deyib: “Festival günlərində, həmçinin sevimli müğənnilərimizə həsr edilən konsert proqramları olacaq. Bu da bir yenilikdir. Ümumiyyətlə, "Jara"da təmiz nəfəs var. “Sea Breeze” və onun ətrafında nə varsa – dəniz, günəş, külək həm də yeni yaradıcı mühitdir. Odur ki, biz “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya həvəslə gəldik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.