REGİONLAR


Valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan  uşaqlara məktəbli geyimləri verilib

A+ A

Zərdab, 10 sentyabr, AZƏRTAC 

Zərdab rayonunda valideyn himayəsindən məhrum olmuş və imkansız ailələrdən olan məktəblilərə, o cümlədən Qarabağ əlillərinin və şəhid ailələrinin uşaqlarına məktəbli formaları verilib.

AZƏRTAC xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyətində keçirilən görüşdə uşaqların problem və qayğıları ilə maraqlanılıb. Bildirilib ki, bu cür kateqoriyadan olan insanlara, onların övladlarına daim diqqət və qayğı göstərilir. Təhsilləri, müalicələri, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və digər sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır.

Görüşdə bu kateqoriyadan olan 185 şagirdə məktəbli formaları və dərs ləvazimatları paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.