İQTİSADİYYAT


Valyuta Fondu: Neftin qiyməti 2020-ci ilədək 75 dollar/barrel ola bilər

A+ A

Bakı, 14 iyul, Nihad Budaqov, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (BVF) neftin qiymətinin 2020-ci ilədək 75 dollar/barrelə yüksələcəyini proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə fondun hesabatında deyilir. Bildirilir ki, neftin qiymətinin bahalaşması üçün OPEC-ə üzv ölkələr hasilatı gündəlik 7 milyon barrel azaltmaldırlar. Bu zaman OPEC-in dünya neft bazarında payı 42 faizdən 35 faizə azala bilər.

BVF-nin qənaətinə görə, OPEC-in hazırkı hasilat həcmini sabit saxlayacağı təqdirdə 2020-ci ilədək neftin qiyməti 58 dollar/barreli keçməyəcək.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli 46 dollardan baha satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.