DÜNYA


Van Qoq kəsilmiş qulağını kimə verib?

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Məşhur hollandiyalı rəssam Vinsent Van Qoq affekt halında kəsdiyi qulağını kimə verdiyi məlum olub. Bernadett Merfinin ötən həftə çapdan çıxmış "Van Qoqun qulağı: həqiqət" kitabında 130 illik sualın cavabı tapılıb.

AZƏRTAC www.theartnewspaper.com saytına istinadla xəbər verir ki, indiyədək Van Qoq kəsdiyi qulağını təsadüfi bir tanışına və ya yüngül həyat tərzi keçirən bir qadına hədiyyə etdiyi fərz olunurdu. Yuxarıda qeyd olunan kitabda verilən məlumatları araşdıran mətbuat nümayəndələri arxivlərdə Qabriel Berlatyenin adına rast gəlib. 18 yaşlı gənc qız 1888-ci ilin 8 yanvarında quduz itin dişləməsi səbəbindən Parisə gətirilərək peyvənd olunur və sağ qalır. Müalicə xərclərini ödəmək fermer qızının imkanları xaricində olduğu üçün, o, şəhərdəki bordellərin birində xadiməçi kimi fəaliyyətə başlayır.

Qeyd edək ki, Van Qoqun qulağının kəsilməsi hadisəsi isə digər rəssam Pol Qoqenlə arasında olan narazılıqla bağlıdır. Növbəti münaqişədən sonra dostunun üzərinə ülgüc çəkən Van Qoq Qoqeni yaralaya bilməyib, əvəzində isə elə həmin gün öz qulağının bir hissəsini kəsib və psixiatrik mərkəzə çatdırılıb. Hadisədən xəbər tutan Pol Qoqen isə xəstəxanada olan dostunu ziyarət etmədən Arl şəhərini tərk edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.