DÜNYA
Vankuverdəki boş evlər vergiyə cəlb edilə bilər
Bakı, 18 iyul, Ramiz Quliyev, AZƏRTAC
Kanadanın cənub-qərbində yerləşən Vankuver şəhərinin meri boş saxlanılan şəhər əmlakının yeni vergi formasında cəriməyə cəlb olunmasını təklif edib.
AZƏRTAC “vergiler.az” saytına istinadla xəbər verir ki, təklif olunan verginin ev sahiblərinin uzun müddət istifadəsiz saxladıqları, əksəriyyəti şəhərin mərkəzində yerləşən evlərin kirayəyə verilməsinə stimul yaradacağı gözlənilir.
Şəhər meri bildirib ki, mənzil yalnız pul qazanmaq üçün vasitə deyil: “Biz çalışırıq ki, öz əmlakına biznes kimi yanaşan vətəndaşlar müvafiq məbləğdə vergi ödəsinlər”.
Hazırda şəhər meri əyalət hökumətlərinə müraciət etməyi planlaşdırır ki, onlar vergi dərəcələrini müəyyən etmək üçün icarəyə verilməsi mümkün olan boş əmlakların təsnifatı ilə bağlı təkliflərini irəli sürsünlər. Son statistikaya əsasən, il ərzində şəhərdə ümumilikdə 10 min 800 ev istifadəsiz qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]