DÜNYA


Vanuatunun Prezidenti Baldvin Lonsdeyl vəfat edib

Tokio, 17 iyun, AZƏRTAC

Vanuatu Respublikasının Prezidenti Baldvin Lonsdeyl ürək tutması nəticəsində vəfat edib. Bu barədə “Yeni Zelandiya” radiosu məlumat yayıb.

Özünü pis hiss edən 67 yaşlı B.Lonsdeyl Vanuatunun paytaxtı Port-Viledəki xəstəxanada dünyasını dəyişib.

B.Lonsdeyl 2014-cü ildə Vanuatunun dövlət başçısı seçilmişdi.

Ölkə Konstitusiyasına müvafiq olaraq, Vanuatunun yeni Prezidenti parlament üzvləri və yerli hökumətlərin başçıları tərəfindən üç həftə ərzində seçiləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.