MƏDƏNİYYƏT


Vaqif Sultanlının hekayələri Misir mətbuatında

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Qahirədə nəşr olunan “Əxbar əl ədəb” (Ədəbiyyat xəbərləri) qəzetində azərbaycanlı yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Qütb gecəsi” və “Vətən” hekayələri dərc edilib.

AZƏRTAC xəbər verir ki, hekayələri ərəb dilinə Qahirədəki Eyn-əş Şəms Universitetinin dosenti, azərbaycanşünas alim Əhməd Sami çevirib. Qəzetdə, həmçinin tərcüməçinin “Vaqif Sultanlının yaradıcılığında mühacirət və özgələşmə” adlı təqdimat məqaləsi də dərc olunub.

1993-cü ildən həftəlik nəşr edilən, Misirin ən populyar ədəbi orqanlarından biri olan "Əxbar əl ədəb" qəzeti digər ərəb ölkələrində də yayılır.

Xatırladaq ki, bu, Vaqif Sultanlının ərəb mətbuatında dərc olunan ilk yazısı deyil. Bundan əvvəl, onun hekayələri Bağdadda çıxan “Qardaşlıq” jurnalında dərc olunub. Qahirədəki Milli Tərcümə Mərkəzi isə 2014-cü ildə yazıçının “İnsan dənizi” romanını nəşr edib. Bundan əlavə, Misirin müxtəlif mətbuat orqanlarında onun yaradıcılığına həsr olunmuş məqalələr dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.