MƏDƏNİYYƏT


Vaqif Sultanlının hekayələri Ukrayna mətbuatında

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Bu günlərdə Kiyevdə nəşr olunan “Vsesvit” jurnalının 7-8-ci nömrələrində azərbaycanlı yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Dərviş” və “Qütb gecəsi” hekayələri dərc edilib.

AZƏRTAC xəbər verir ki, hekayələri Ukrayna dilinə Zaporojye Universitetinin müəllimi Nina Belokopıtova çevirib. Nəşrdə, həmçinin Vaqif Sultanlının həyat və yaradıcılığı haqqında yığcam məlumat verilib.

1925-ci ildən yayımlanan və Ukraynanın populyar dərgilərindən biri olan “Vsesvit” dünya ədəbiyyatının nəşri və tədqiqi ilə bağlı materialları dərc edir.

Qeyd edək ki, bu, Vaqif Sultanlının Ukrayna mətbuatında dərc olunan ilk yazısı deyil. Bundan əvvəl onun hekayələri Ukrayna mühacirətinin Münxendə çıxan “Kreşatik” jurnalında nəşr olunub. Kiyevdəki “Zadruqa” nəşriyyatı isə bu ilin əvvəllərində yazıçının hekayələr toplusundan ibarət kitabını çap edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.