DÜNYA


Varşavada 16 ölkənin XİN rəhbərlərinin görüşü keçiriləcək

A+ A

Varşava, 28 noyabr, AZƏRTAC

Noyabrın 29-da Varşavada Mərkəzi, Şərqi və Cənubi Avropanın 16 ölkəsinin xarici işlər nazirlərinin və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin görüşü keçiriləcək. Bu barədə noyabrın 27-də Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Yoanna Vayda məlumat verib.

“Vışeqrad qrupu”nun üzvü olan Çexiya, Macarıstan və Slovakiyanın, Avropa İttifaqına daxil olmağa çalışan altı dövlətin - Monteneqro, Serbiya, Makedoniya, Albaniya, Bosniya və Herseqovina və Kosovonun, habelə “Vışeqrad qrupu” ölkələrinin Aİ üzrə qonşularının - Bolqarıstan, Xorvatiya, Yunanıstan, Rumıniya, Sloveniya və İtaliyanın xarici işlər nazirləri Polşa paytaxtına gələcəklər.

Polşa XİN-in məlumatına görə, danışıqlarda 16 nümayəndə heyətinə daxil olan təxminən 100 adam iştirak edəcək. Nazirlikdən onu da bildiriblər ki, görüşdə Avropa diplomatiyasının rəhbəri Federika Moqerininin iştirakı üzv dövlətlər üçün mühüm xəbərdarlıqdır.

Avropa diplomatlarının iclasında qanunsuz miqrasiya, mütəşəkkil cinayətkarlıq, terrorizm və hibrid təhlükələr müzakirə ediləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.