DÜNYA


Vaşaqlar İngiltərə meşələrinə qayıdacaq

Bakı, 23 iyul, AZƏRTAC

“Britaniya vaşaq fondu” 1300 il əvvəl bu ölkənin meşələrindən yoxa çıxmış vaşaqları geri qaytarmağı planlaşdırır. Bununla bağlı altı vaşaq İngiltərə meşəsinə buraxılacaq, lakin xüsusi radioötürücü vasitəsilə nəzarət altında saxlanılacaq. Beş il ərzində heyvanlar yeni yerdə yaşayarsa, onda Britaniya ərazisinə qaytarılan “ilk nəsli kəsilmiş yırtıcılar” hesab olunacaq.

AZƏRTAC Ümumrusiya Ekologiya Portalına istinadla xəbər verir ki, vaşaqların reintroduksiyasının məqsədi Britaniyada maral populyasiyalarına nəzarət etməkdir. Belə ki, meşələrdə maralların təbii “qənimi” qalmayıb: İngiltərədə sonuncu canavar XVI əsrin əvvəlində, Şotlandiyada 1684-cü, İrlandiyada isə 1786-cı ildə öldürülüb. Lakin İngiltərədə meşələrində vaşaqların bərpası hüquqi çətinliklə qarşılaşır. Hazırda Şotlandiya hökumət orqanları ilə vaşaqların bu ölkəyə keçəcəyi halda nə etmək lazım gəldiyi barədə danışıqlar aparılır. Şotlandiyanın ətraf mühit naziri Rozanna Kanningem bildirib ki, layihə ciddi problemlərə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.