İDMAN


Vasif Durarbəyli ABŞ-da beynəlxalq turnirdə 1-7-ci yerləri bölüşüb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Filadelfiyada şahmat üzrə 44-cü açıq turnir başa çatıb.

AZƏRTAC xəbər verir ki, 9 mümkün xaldan 7 xal toplayan macar Qabor Papp əlavə göstəricilərə görə turnirin qalibi olub. Azərbaycan təmsilçisi Vasif Durarbəyli, moldovan Viktor Boloqan, gürcü Tamaz Gellaşvili, rusiyalı Aleks Şimanov, israilli İlya Nijnik və Gil Popilski qaliblə eyni nəticə göstəriblər. On bir oyunçu yarım xal geri qalıb.

Amerikada açıq şahmat turnirində 213 şahmatçı, o cümlədən 33 qrossmeyster iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.