Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vaşinqtonda ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığına və diplomatik əlaqələrin 25 illiyinə həsr olunan konfrans keçirilib VİDEO

Bu tədbir Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirdi

Vaşinqton, 2 mart, AZƏRTAC

Martın 1-də Vaşinqton şəhərində Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası (AATP) ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunan illik konfrans keçirib.

Media tərəfdaşlarından biri də AZƏRTAC olan “Gələcəyə baxış: diplomatiya, biznes, ticarət, investisiya” mövzusunda konfransa ABŞ-ın dövlət qurumlarının çoxsaylı yüksək vəzifəli rəsmiləri, eləcə də aparıcı şirkətlərin, nüfuzlu analitik mərkəzlərin və Vaşinqtonda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri qatılıblar. Tədbirdə, həmçinin Azərbaycanda hökumət rəsmiləri və işgüzar dairələrin təmsilçilərindən ibarət geniş nümayəndə heyəti daxil olmaqla, ümumilikdə 200-dən çox qonaq iştirak edib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, ABŞ-ın Ticarət Palatası, Azərbaycandakı Amerika Ticarət Palatası, Paşa Bank, SOCAR, Gilan Holdinq, Boeing, BP, Chevron, Baker McKenzie, WCC International və digər təşkilatlar konfransın keçirilməsinə dəstək verib, tərəfdaş kimi qatılıblar.

AATP-nin həmsədri Rza Vəziri və icraçı direktoru Süsən Sadıqova konfransı açaraq onun əhəmiyyətindən danışıb. AATP-nin fəxri üzvü, ABŞ-ın Nyu-Hempşir ştatının sabiq qubernatoru Con Sununu konfransla bağlı təbriklərini çatdırıb, onun işinə uğurlar arzulayıb. Corc Buşun prezidentliyi dövründə Ağ Evin aparat rəhbəri və ABŞ-ın tanınmış siyasətçisi olan C.Sununu çıxışında, həmçinin Azərbaycanla əməkdaşlığı təqdir edib, ölkəmizin xüsusi əhəmiyyətli coğrafi mövqeyindən və Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətindən danışıb. O, Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafının önəmini vurğulayıb.

Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətin mətnini oxuyub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov konfransda çıxış edərək ötən 25 il ərzində ölkə iqtisadiyyatının inkişafı haqqında ətraflı məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində mühüm uğurların əldə edildiyini diqqətə çatdırıb. O, neft və qaz sektorunun xarici sərmayə qoyuluşu üçün əsas sahə olsa da, son illər iqtisadiyyatımızın digər sahələrinə də marağın artdığını söyləyib. Azərbaycanın Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu deyən nazir müavini ABŞ şirkətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa dəvət edib. Bu xüsusda, ABŞ Ticarət Nazirliyi tərəfindən mütəmadi olaraq ölkəmizə təşkil edilən ticarət missiyalarının əhəmiyyəti qeyd olunub. Nazir müavini Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatının dünya miqyasında rəqabətliliyə görə 37-ci, MDB ölkələri arasında isə 1-ci yerdə olduğunu vurğulayıb.

Tədbirdə ABŞ tərəfindən əsas qonaq qismində iştirak edən dövlət katibinin köməkçisi və beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifələrini icra edən səfir Meri Vorlik Azərbaycanın etibarlı tərəfdaş olduğunu söyləyib. O, iki ölkənin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uzunmüddətli strateji əlaqələrə malik olduğunu qeyd edib. Dövlət katibinin köməkçisi bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü iclasında ABŞ nümayəndə heyətinin iştirakına toxunaraq, tədbirlə bağlı dövlət katibi Reks Tillerson tərəfindən ünvanlanmış müraciəti səsləndirib. Müraciətdə ABŞ-ın Cənub Qaz Dəhlizinin reallaşmasına sadiq qaldığı, bu layihədə Azərbaycanın aparıcı rolunun təqdir edildiyi, onun Avropaya həqiqi şaxələndirmə, əlavə qaz mənbəyi və həcmi gətirdiyi bildirilib, Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və ticarət nazirinin köməkçisinin birinci müavini Holi Vinyard çıxış edərək Birləşmiş Ştatlarla Azərbaycanın kommersiya əlaqələrinin uzun tarixə malik olduğunu və bu sahədə əməkdaşlığın inkişafı üçün çox böyük potensialın olduğunu bildiriblər. Natiqlər Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini vurğulayaraq, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı sahəsində ölkəmizdə son dövrlər aparılan iqtisadi islahatları yüksək qiymətləndirib və ABŞ şirkətləri üçün Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğunu qeyd ediblər. H.Vinyard ABŞ tərəfinin Azərbaycan iqtisadiyyatının modernləşməsi və şaxələndirilməsinə dəstək verməyə hazır olduğunu deyib. Səfir R.Sekuta, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycana və regiona sabitlik, rifah gətirəcəyini vurğulayıb.

Daha sonra konfrans plenar sessiyalar üzrə davam edib. Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri, professor Frederik Starrın aparıcısı olduğu “Regional strateji məqsədlər” mövzusunda ilk müzakirələrdə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə sabiq xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn, dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel, müdafiə naziri köməkçisinin keçmiş müavini Mixayl Karpenter və “Heritage Foundation”in xarici siyasət üzrə direktoru Lük Koffi çıxış edərək Azərbaycanın regionun enerji təhlükəsizliyinin və şaxələndirilməsinin təmin olunmasında vacib rol oynadığını, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi qlobal əhəmiyyətli neft-qaz layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayıb. Həmçinin müzakirələr zamanı regionun ticarət və tranzit imkanlarının geinişləndirilməsi sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi böyük infrastruktur layihələrinin Azərbaycan tərəfindən həyata keçirildiyi, bunun regionumuzdan keçən nəqliyyat dəhlizlərindən istifadə və bu bazarlara sərmayə qoyuluşu ilə əlaqədar ABŞ şirkətləri üçün əlverişli fürsət yaratdığı qeyd edilib. A.Hokştayn ABŞ-ın Azərbaycanla münasibətlərinə həqiqi strateji tərəfdaşlıq prizmasından yanaşmalı olduğunu, regionda Azərbaycan kimi etibarlı müttəfiqə ehtiyac duyduğunu bildirib və ikitərəfli münasibətlərin strateji məzmunda inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, əlavə olaraq, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyən ilk ölkələrdən olduğunu deyib və bunun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, region ölkələrinin sosial-iqtisadi inkişafına da töhfə verəcəyinə əminliyini ifadə edib. M.Karpenter çıxışında, həmçinin Azərbaycanın bir sıra sahələrdə, o cümlədən terrorizmlə mübarizə sahəsində çox dəyərli tərəfdaş olduğunu vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyini qeyd edib. Münaqişənin həlli üçün bir sıra elementlərin, o cümlədən işğal edilmiş ərazilərin Azərbaycana geri qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının zəruriliyi diqqətə çatdırılıb. M.Karpenter ABŞ-ın bu münaqişənin həllinə daha çox siyasi dəstək göstərməli olduğunu da əlavə edib.

ABŞ-ın nüfuzlu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji və milli təhlükəsizlik proqramının direktoru Edvard Çounun aparıcısı olduğu “Yeni regional enerji xəritəsi” adlı sessiyada SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov və BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək hazırda dünyada reallaşmaqda olan ən böyük enerji infrastrukturu layihələrindən biri olan Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib, onun regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir etdiyini, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verdiyini bildiriblər. Həmin sessiyada çıxış edən Dünya Bankının TANAP layihəsi üzrə xüsusi məsləhətçisi Abdulaziz Faği “Cənub Qaz Dəhlizi” layihəsinin Dünya Bankı Qrupu tərəfindən dəstəklənən mühüm layihə olduğunu və onun bir hissəsi olan Trans-Anadolu təbii qaz kəmərinin inşası üçün Azərbaycan tərəfi ilə yaxınlarda kredit müqaviləsinin imzalandığını deyib. Eləcə də bu sessiyada Statoil şirkətinin baş vitse-prezidenti Al Kuk şirkəti ilə Azərbaycan arasında əməkdaşlıqdan və yeni investisiya planlarından bəhs edib. O, Statoil şirkətinin Azərbaycan iqtisadiyyatına, o cümlədən enerji sektoruna indiyədək 6,5 milyard dollar həcmində sərmayə yatırdığını və bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Konfrans çərçivəsində təşkil edilən “Bank və maliyyə”, “Azərbaycanda biznes mühiti və həyata keçirilən iqtisadi islahatlar”, “Dövlət-özəl sektor tərəfdaşlığı” və “Qeyri-neft sektorunda investisiya imkanları” mövzusunda müzakirələrdə ölkəmizdən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf, Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Elşad Xanəlibəyli, habelə özəl şirkətlərin, o cümlədən Paşa Bank, Azərsun Holdinq, Gilan Holdinqin nümayəndələri çıxış ediblər. Aparılmış müzakirələrdə ölkəmizdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə təsdiq edilmiş strateji yol xəritələri haqqında geniş məlumat verilib, eləcə də qeyri-neft sektorunda həyata keçirilən investisiya layihələri təqdim edilib, özəlləşdirmə və ixracın stimullaşdırılması sahəsində görülən tədbirlərdən danışılıb.

Bununla yanaşı, müzakirələrdə ABŞ tərəfindən iştirak edən Ticarət Palatasının vitse-prezidenti Qari Litman, İxrac-İdxal Bankının vitse-prezidenti Robert Roy, Xarici Özəl Sərmayə Korporasiyasının maliyyə direktoru Kennet Angel və digər aparıcı şirkətlərin, o cümlədən “Cisco”, “PwC”, “Deloitte”, “BNY Mellon” şirkətlərinin nümayəndələri çıxış edərək ölkəmizlə uğurlu əməkdaşlıqdan və həyata keçirilən layihələrdən söhbət açıblar.

İki gün davam edən konfransda “Birbaşa xarici investisiyalar, birgə maliyyələşmə, dövlət-özəl sektor əməkdaşlığı” və “Azərbaycanda biznes imkanları, islahatlar və vergi” mövzusunda “dəyirmi masa” müzakirələri də aparılıb. Bundan başqa, tədbir çərçivəsində AATP tərəfindən Azərbaycanda biznes mühiti və iqtisadiyyatın müxtəlif sektorlarında investisiya imkanlarına dair “ABŞ-Azərbaycan ticarət və biznes bələdçisi” bülleteni hazırlanıb və iştirakçılara təqdim edilib.

Konfrans ABŞ ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ümumilikdə tədbir Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirdi və ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafında yeni bir addım oldu.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

 

Vaşinqtonda ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığına və diplomatik əlaqələrin 25 illiyinə həsr olunan konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar