DÜNYA


Vaşinqtonda ABŞ və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıb

Bakı, 16 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Tramp tərəfindən Ağ evdə rəsmi mərasimlə qarşılanıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, qaşılanma mərasimindən sonra Ərdoğan və Tramp təkbətək görüşmək üçün Oval kabinetə keçiblər.

Donald Tramp görüşdən əvvəl verdiyi qısa açıqlamada deyib: “Türkiyə ilə çox yaxşı əlaqələrimiz var və bunu daha da yaxşılaşdırmaq istəyirik”. Türkiyə-Amerika əlaqələri ilə bağlı mövzularda geniş müzakirələr aparacaqlarını söyləyən ABŞ Prezidenti Türkiyə lideri Ərdoğana səfəri üçün təşəkkürünü bildirib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanı ABŞ səfərində ədliyyə, xarici işlər, iqtisadiyyat, enerji və təbii sərvətlər, milli müdafiə nazirləri müşayiət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.