DÜNYA


Vaşinqtonda “Həyat uğrunda yürüş” keçirilib

Vaşinqton, 28 yanvar, AZƏRTAC

Yanvarın 27-də Vaşinqtonda “Həyat uğrunda yürüş” keçirilib. Bu yürüş qadınların abort etdirmək hüququnun leqallaşdırılmasına etiraz əlaməti olaraq hər il keçirilən tədbirdir.

Qadınların bu hüququnun leqallaşdırılması barədə qanun 1973-cü ildən mövcuddur. Prezident Donald Tramp bu həftə, seçkiqabağı kampaniya dövründə verdiyi vədlərə uyğun olaraq, abortu kontrasepsiya metodları sırasına daxil edən xarici təşkilatlar üçün federal büdcədən vəsait ayrılmasının dayandırılması barədə fərman imzalayıb. Tramp “Amerika ailə planlaşdırması assosiasiyası”nı da maliyyələşdirmədən məhrum edəcəyinə söz verib. “Həyat uğrunda yürüş”də ABŞ-ın vitse-prezidenti Maykl Pens, Prezidentin müşaviri Kelliann Konuey, Respublikaçılar Partiyasını təmsil edən bir neçə ABŞ qanunvericisi, dini təşkilatların nümayəndələri və artistlər çıxış ediblər. Yürüş Böyük Britaniyanın baş naziri Tereza Meyin Vaşinqtona rəsmi səfəri dövründə keçirilib. Səfər zamanı Amerika-Britaniya əməkdaşlığı, hər iki ölkənin Rusiya ilə münasibətləri və ABŞ-Meksika münasibətləri müzakirə edilib.

Xatırladaq ki, keçən həftə Vaşiqntonda “Qadınların yürüşü” keçirilib. Bu yürüşün iştirakçıları Trampın gözlənilən fərmanlarına etiraz edənlər və qadınların reproduktiv hüquqlarını müdafiə edən qadınlar idi.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.