Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vaşinqtonda Trans-Xəzər Forumunda Azərbaycanın və regionun strateji əhəmiyyətindən bəhs olunub VİDEO

Vaşinqton, 27 iyun, AZƏRTAC

İyunun 26-da ABŞ-ın paytaxtında ikigünlük Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumuna start verilib. Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

Nüfuzlu Corc Vaşinqton Universitetində keçirilən, universitetin Mərkəzi Asiya Proqramı və Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi forumun ilk günündə ABŞ dövlət qurumlarının, akademik təşkilatların, biznes və siyasi dairələrin, diplomatik korpusun 200-dək nümayəndəsi iştirak edib.

ABŞ kommersiya katibinin köməkçisinin Avropa üzrə müavini Deyl Taşarski tədbirdəki çıxışında müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə edib. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində mühüm rolunu vurğulayıb və bu xüsusda ABŞ-ın tərəfdaş olmaqda marağını çatdırıb. ABŞ şirkətlərinin müasir İpək Yolunda çalışdığını qeyd edən Birləşmiş Ştatlar rəsmisi onların bu işə daha yaxından cəlb edilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Daha sonra Taşarski Trans-Xəzər dəhlizi ölkələrini dəstəkləmək üçün ABŞ Kommersiya Departamentinin proqramlarını sadalayıb. O, ABŞ ticarət missiyasının cari ilin oktyabrında Azərbaycan və Gürcüstana səfər edəcəyini vurğulayıb.

Sonra Azərbaycanın və Forumun digər təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış ediblər. Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında Azərbaycan hökumətinin müasir İpək Yolunun canlandırılmasına böyük dəstəyinə diqqət çəkərək, bu işdə mövcud vacib infrastruktur layihələri və nəqliyyat şirkətlərinin, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalı, “Silk Way”, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin oynadığı xüsusi rolu vurğulayıb. Daha sonra o, Trans-Xəzər dəhlizində yerləşən ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən işlərdən danışıb. Trans-Xəzər dəhlizinin müasir İpək Yolunun mühüm komponentinə çevrilməkdə olduğunu qeyd edən səfir bu nailiyyətin sözügedən dəhliz ölkələrinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu vurğulayıb.

Müasir İpək Yolunun inkişafının Azərbaycanın və digər dəhliz ölkələrinin, eyni zamanda, biznes, idman və mədəniyyət mərkəzinə də çevrilməsinə yardım etdiyini qeyd edən səfir E.Süleymanov buna bariz nümunə kimi bu günlərdə Bakıda keçirilən Formula- 1 yarışını göstərib. Ölkəmizin regional mərkəzə çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətindən danışan səfir 1998-ci ilin sentyabrında ilk dəfə olaraq müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb.

Daha sonra Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışıb, həmçinin bu Forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd ediblər.

Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə şəraiti, dəniz, dəmir yolu və hava nəqliyyatının imkanları üzrə təşkil edilən dörd paneldə dövlət və şirkət nümayəndələri çıxışlar edib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirin sərmayə və ticarət mövzusuna həsr olunmuş ilk panelində çıxış edən Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasətindən danışıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı baş direktorunun müşaviri Tural Əliyev isə yeni kommersiya və sərmayə imkanları barədə növbəti paneldə liman sahəsində görülən işlərdən, azad ticarət zonasının yaradılmasından və onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində oynayacağı roldan bəhs edib. Eyni paneldə çıxış edən SOCAR-ın rəsmisi Vitali Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə söz açıb.

Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların üstünlüklərindən bəhs edən üçüncü paneldə məruzə edən Azərbaycan Dəmir Yollarının nümayəndəsi Murad Alxazov və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tariyel Mirzəyev təmsil etdikləri şirkətlərin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu “bir pəncərə” sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat veriblər. Kombinə edilmiş tranzit və hava nəqliyyatı sahəsində imkanlara həsr olunmuş sonuncu paneldə “Azərpoçt”un nümayəndəsi Hacı Hacıyev və “Silk Way” şirkətinin ABŞ-dakı nümayəndəsi Ceyms Ekklestoun çıxış ediblər. H.Hacıyev regionda artan elektron kommersiya daşımalarında Azərbaycanın əhəmiyyətindən danışıb. C.Ekklestoun öz növbəsində, “Silk Way” şirkətinin dünyanın müxtəlif ölkələrinə uçuşlar etməklə Azərbaycanı hava daşımaları sahəsində vacib regional mərkəzə çevirdiyini, sözügedən şirkətin bütün dünyada, o cümlədən uzunmüddətli səmərəli əməkdaşlığa görə ABŞ-da etibarlılığı və peşəkarlığına görə tanındığını, bu şirkətin Azərbaycanın regional ticarət və tranzit mərkəzinə çevrilməsində xüsusi rolu barədə söz açıb.

Forumun ilk günü Trans-Xəzər dəhlizinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Digərləri ilə müqayisədə bu dəhlizin daha qısa olması və gələcəkdə Çindən Avropaya daşımaların 15-20 günə çatdırıla bilmə potensialı, dəhliz boyu sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq, artan ticarət, müasir standartlara cavab verən infrastruktur və azad ticari zonaların mövcudluğu, “bir pəncərə” sisteminin tətbiqi və daha da müasirləşməkdə olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi prosedurları və s. vurğulanıb.

Qeyd edək ki, Forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə keçirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Boeing”, ABŞ Ticarət Palatası, ABŞ-Azərbaycan Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şurası Forumun tərəfdaşlarıdır. Həmçinin Xəzər Siyasət Mərkəzi Forumun informasiya və analitik təminatçısı rolunda çıxış edir. “Boeing”, “Türk Hava Yolları” və “General Electric” şirkətləri builki forumun sponsorlarıdır.

Forumda Azərbaycanı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası, Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, SOCAR, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları”, “Silk Way” şirkətləri və “Azərpoçt” MMC-nin nümayəndələri təmsil edir.

Trans-Xəzər Forumu iyunun 27-də ABŞ Konqresi, Dünya Bankı, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçiriləcək tədbirlərlə işini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Vaşinqtonda Trans-Xəzər Forumunda Azərbaycanın və regionun strateji əhəmiyyətindən bəhs olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir