DÜNYA


Vaşinqtonda beynəlxalq vergi qanunvericiliyi müzakirə ediləcək

Bakı, 15 may, AZƏRTAC 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti konfransına iştirakçıların qeydiyyatı başlanıb.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, 2017-ci ilin iyunun 5-6-da Vaşinqtonda keçiriləcək konfransda OECD-nin beynəlxalq vergi qanunvericiliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər müzakirə ediləcək.

Konfrans ABŞ-ın biznes ictimaiyyətinin təmsilçiləri ilə OECD administrasiyasının vergi siyasəti mərkəzi üzvlərinin, eləcə də ABŞ-ın və beynəlxalq vergi standartları çərçivəsində fəaliyyət göstərən digər ölkələrin vergi xidmətlərinin yüksək vəzifəli şəxslərinin görüşünə imkan yaradacaq.

Vergi konfransının gündəliyinə transfer qiymətqoyma, vergi mübahisələrinin həlli, BEPS standartlarının tətbiqi, eləcə də verginin müəyyənləşdirilməsinin təkmilləşdirilməsi yolları kimi mövzular daxildir.

Tədbir ABŞ-ın Beynəlxalq Biznes Şurası, OECD, eləcə də Biznes üzrə Məşvərət Şurası və OECD yanında Ticarət-Sənaye Məşvərət Komitəsi ilə birlikdə təşkil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.