DÜNYA


Vatslav Havel zəngi

A+ A

Praqa, 21 iyul, AZƏRTAC

Yaşasaydı Çexiyanın sabiq prezidenti Vatslav Havelin bu il 80 yaşı tamam olacaqdı. Avstriyanın məşhur “Grassmayr” şirkəti bu hadisə ilə əlaqədar xüsusi zəng hazırlamaq barədə qərar qəbul edib. Zəngə Vatslav Havelin adı veriləcək. Şəhər sakinləri zəngin səsini 2017-ci ilin əvvəlində eşidəcəklər. Zəng Praqanın qədim hissəsində, V.Havel küçəsindəki müqəddəs Havel kostyolunda quraşdırılacaq. İdeyanı bir vaxtlar V.Havelin dəstək verdiyi “Xartiya-77” Fondu reallaşdıracaq. Fondun mətbuat katibi Sonya Keppertova bildirib ki, zəngin üzərində ya bilavasitə prezidentin adını, ya da onun sevimli simvolu olan ürək təsvirini həkk etmək planlaşdırılır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.