ELM VƏ TEXNOLOGİYA


Vaxtından əvvəl dünyaya gəlmiş uşaqlara ana südünün təsiri

A+ A

Bakı, 3 avqust, G.Məlikova, AZƏRTAC

Amerika alimləri vaxtından əvvəl dünyaya gəlmiş uşaqlara ana südünün təsirini araşdırıblar.

AZƏRTAC “Naked Science” saytına istinadla xəbər verir ki, elm adamları vaxtından əvvəl dünyaya gəlmiş, çəkisi 1250 qramdan az olan 180 uşağın sağlamlıq və inkişafını müşahidə ediblər.

Aparılan tədqiqatlar nəticəsində ömrünün ilk 28 gününü ana südü ilə qidalanan körpələrdə digərlərinə nisbətən İQ səviyyəsinin daha yüksək olması, beyinin bir çox hissəsinin daha çox inkişaf etməsi bəlli olub. Bundan əlavə, bu uşaqların yeddi yaşına çatanda daha yaxşı inkişaf etdiyi və məntiqi testlərdə daha yüksək nəticə göstərdikləri sübut olunub. Onların yaşıdlarından fərqli olaraq bilik və idrak, o cümlədən oxu, riyaziyyat, dil, vizual qavrayış, iş yaddaş testləri, diqqət bacarıqlarının daha üstün olduğu da müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.