CƏMİYYƏT


Vaxtından əvvəl qocalmanın səbəbləri açıqlanıb

Bakı, 19 yanvar, AZƏRTAC

San-Dieqo tibb məktəbinin alimləri bildiriblər ki, oturaq həyat tərzi sürən yaşlı qadınların ömrü səkkiz il qısalır. Tədqiqatın nəticələri “American Journal of Epidemiology” jurnalında dərc edilib.

AZƏRTAC “EurekAlert!” saytına istinadla xəbər verir ki, tədqiqatda 64-95 yaş arasında 1500 qadın iştirak edib. Onların sağ buduna yeddi gün ərzində gecə-gündüz fiziki fəallığı izləyən akselerometr bərkidilib. Sonra alimlər xromosomun qurtaracağında olan telomerin uzunluğunu ölçüblər.

Aşkar edilib ki, gündə azı 30 dəqiqə fiziki hərəkət edən adamda telomerin uzunluğu oturaq həyat tərzi keçirən adamla müqayisədə daha çoxdur. Bu onu göstərir ki, oturaq həyat tərzi sürən insanlarda hüceyrələr tez qocalır və yaşla bağlı xəstəliklərin yaranması riski çoxalır.

Telomerlər DNT-nin ardıcıl təkrar sırasından ibarətdir. Onlar çoxalan xromosomları zədələnmədən qoruyur, lakin hər bölünmədə qısalır. Hesab edilir ki, bu proses qocalma ilə əlaqədardır. Olduqca qısa telomerləri olan hüceyrələr öz funksiyalarını yerinə yetirə bilmir və məhv olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.