ELM VƏ TƏHSİL
Vəfa Kazdal: Təlim səmərəli keçib
Bakı, 28 avqust, İbrahim Əsədov, AZƏRTAC
Xəbər verildiyi kimi, avqustun 24-dən 28-dək “ADA” Universitetində “Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası” adlı təlim proqramı keçirilib.
Təhsil Nazirliyinin "SABAH Qrupları" layihəsinin dəstəyi ilə “ADA” Universitetinin təhsilin idarə edilməsi fakültəsi tərəfindən təşkil olunan təlimə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 200-dək müəllim cəlb edilib.
“ADA” Universitetinin təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal AZƏRTAC-a müsahibəsində təlim proqramı ilə bağlı fikirlərini bildirib. Dekan qeyd edib ki, təlimin məqsədi müəllimləri təhsil islahatlarına hazırlamaq idi. Müəllimlər müasir bilikləri tələbələrə tam dolğunluğu ilə aşılamalıdırlar, təhsilə müsbət yeniliklər gətirməyi bacarmalıdırlar. Təlimin mövzuları müəllim-tələbə münasibətləri, müəllimin ünsiyyət bacarıqları və s. məsələləri də əhatə edib.
"SABAH Qrupları" layihəsi çərçivəsində əvvəllər də təlimlərin keçirildiyini xatırladan V.Kazdal bu təlimlərin səmərəli olduğunu diqqətə çatdırıb, həmçinin qısamüddətli və uzunmüddətli müvafiq təlim proqramlarının planlaşdırıldığını söyləyib.
Eyni zamanda, vurğulanıb ki, 2016-2017-ci tədris ilindən başlayaraq "ADA" Universitetinin təhsilin İdarə edilməsi fakültəsi iki yeni ixtisas - ali təhsilin idarə edilməsi və məktəbin idarə edilməsi üzrə magistratura proqramları təklif edəcək.