İDMAN


Vəli Qasımov “Neftçi”nin baş məşqçisi vəzifəsindən azad edilib

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

“Neftçi” futbol komandasının son vaxtlar yaşadığı uğursuzluqlar klubdakı köklü islahatlarla nəticələnib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının avqustun 28-də keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarların, eyni zamanda sentyabrın 9-da klubun səhmdarları ilə keçirilmiş görüşdə bunların ən qısa zamanda yerinə yetirilməsini nəzərə alan rəhbərlik bəzi sərt addımlar atıb. Belə ki, Vəli Qasımov əsas komandanın baş məşqçisi vəzifəsindən azad edilib. Onunla yanaşı, Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən kənarlaşdırılıb.

Klubun icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev də vəzifəsindən uzaqlaşdırılıb və bu ştat klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilib.

Yeni təyinatlarla bağlı məlumat isə yaxın zamanda elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.