İDMAN


Velosiped idmanı məşqçiləri üçün beynəlxalq texniki təlim kursu başa çatıb

A+ A

Bakı, 25 iyul, Elşad Qəzvini, AZƏRTAC 

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Velosipedçilər İttifaqı (BVİ) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) dəstəyi ilə keçirilən “Məşqçilər üçün texniki təlim kursu” layihəsinin iyulun 25-də bağlanışı olub.

AZƏRTAC xəbər verir ki, iyulun 18–dən 25-dək davam edən təlim kursunda 12 məşqçi təcrübə keçib. Layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Təlim nəzəri və praktiki məşğələlərdən ibarət olub. Məşğələlər BVİ-nin təyin etdiyi beynəlxalq dərəcəli mühazirəçi Elnarə Musayeva tərəfindən keçirilib.

Layihənin əhəmiyyətindən danışan AVİF-in vitse-prezidenti Sahib Ələkbərov bu təşəbbüsə dəstəyinə görə Milli Olimpiya Komitəsinə minnətdarlığını bildirib.

Azərbaycanda velosiped idmanının inkişafda olduğunu deyən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, artıq gənclər arasında idmanın bu növünə maraq artıb. O, Bakıda belə seminarların keçirilməsini sevindirici hal kimi qiymətləndirib. “İnanıram ki, bu seminarlar iştirakçıların gələcək karyerası üçün böyük əhəmiyyət kəsb edəcək. Mütəxəssislər gələcəkdə bu sertifikatlarla ölkəmizi layiqincə təmsil edəcəklər”, - deyə MOK-nin vitse-prezidenti qeyd edib.

Sonda təlimin iştirakçılarına beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.