İDMAN
Velosipedçimiz Çindəki beynəlxalq yarışı 2-ci sırada başa vurub
Bakı, 31 iyul, AZƏRTAC
Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının ikinci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşü yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, 13 mərhələdən ibarət mötəbər yarışın mükafatçıları arasında Azərbaycanın “Synergy Baku” kontinental komandasının təmsilçisi də yer alıb.
Yarışın dördüncü və on ikinci mərhələlərində ikinci olan və son mərhələ öncəsi ümumi təsnifatda ikinci yerdə qərarlaşan komandamızın üzvü Matey Müqerli 95 km-lik son mərhələdən sonra mövqeyini qorumağı bacarıb. Bununla o, yarışın qalibi, Ukraynanın “Kolss” komandasının üzvü Sergey Laqkutiyə 37 saniyə uduzmaqla ümumi təsnifatda turnirin ikincisi olub. Bu uğurla təmsilçimiz aktivinə 150 UCİ xalı yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]