ELM VƏ TƏHSİL
Venera gələcəkdə yaşamaq üçün yararlı hala gələcək
Bakı, 11 avqust, G.Məlikova, AZƏRTAC
ABŞ və İsveç alimlərinin apardıqları birgə tədqiqatlar nəticəsində məlum olub ki, Venera yaşamaq üçün Yerə ən yaxın yararlı planetdir.
AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, elm adamları hələ Yer kürəsində canlı orqanizmlərin əmələ gəlməsindən milyard illər əvvəl Venerada həyat ola biləcəyini iddia edirlər. Bunu bir sıra amillərlə əsaslandıran alimlər zəruri şərait yaradılarsa gələcəkdə Veneranın yaşamaq üçün yararlı hala gələcəyi qənaətindədir. Temperaturu həyat üçün uyğun olması baxımından planetin 16 gün daha gec dairə vurması lazımdır. Atmosferin yüksək sıxlığı günəş şüalarına bu planetin səthini yandırmağa imkan vermir. Buna sübut olaraq tədqiqatçılar Venerada son üç milyard ildə hava şəraitinin necə dəyişdiyini nümayiş etdirən 3D model hazırlayıblar. Planetin Yer kürəsinə bənzər astronomik göstəriciləri ilə yanaşı, bərabər kütləyə malik olması da bildirilir.
İki planet arasında əsas fərq temperatur və atmosfer sıxlığıdır. Hələ XX əsrdə Karl Saqan adlı alim kosmosa içi müxtəlif dəniz yosunları ilə dolu raket göndərib və bu yosunları Venera atmosferinin üst qatına atmağı təklif edib. Belə ki, atmosferdəki yüksək sıxlığın bu yosunların planetin səthinə düşməsinə imkan verməyəcəyi düşünülüb. Alimin sözlərinə görə, havadan asılı qalan yosunlar bu planetin atmosferinin əsas komponenti olan karbon qazını udacaq və fotosintez vasitəsilə oksigen ifraz edəcək.
Planın baş tutacağı təqdirdə artıq 200 il sonra bu planetin bir sıra həyat formalarını dəstəkləyən oksigenə sahib olacağı düşünülür.