DÜNYA
Venesiya kinofestivalının fəxri mükafat sahiblərinin adları açıqlanıb
Bakı, 18 iyul, AZƏRTAC
Hollivudun qocaman sənətkarları sayılan Ceyn Fonda və Robert Redford 74-cü Beynəlxalq Venesiya Kinofestivalının münsiflər heyəti tərəfindən kinematoqrafiyanın inkişafına verdikləri töhfələrə görə “Müqəddəs Markın şiri” mükafatına layiq görülüblər.
AZƏRTAC tass.ru saytına istinadən xəbər verir ki, bu barədə məlumatı festivalın mətbuat xidməti açıqlayıb. Mükafatlar sentyabrın 1-də təqdim ediləcək.
Bu il 80 yaşını qeyd edən Ceyn Fonda karyerası ərzində iki dəfə “Oskar” və üç dəfə “Qızıl qlobus” mükafatını alıb. 2007-ci ildə isə Kann festivalının “Qızıl palma budağı”na layiq görülüb. C.Fondadan bir yaş böyük olan Robert Redford isə “Oskar” və “Qızıl qlobus”dan əlavə, Fransanın Fəxri Legion ordeni və ABŞ Prezidenti tərəfindən “Müstəqillik medalı” ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]