DÜNYA
Venesiyalılar turizmin hücumuna qarşı çıxırlar
Bakı, 3 iyul, AZƏRTAC
Venesiyanın minlərlə sakini “Biz getmək istəmirik” şüarı altında küçələrə axışıb. Onlar doğma şəhərlərinin ümumi turist attraksionuna çevrilməsinin əleyhinə çıxış edirlər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Venesiyada hər küncdə suvenir dükanları olduğu halda, ərzaq, əsasən də məişət malları mağazası tapmaq çox çətindir. Evlərin sayı günü-gündən azalır, qiymətləri durmadan bahalaşır, otellər isə hədsiz dərəcədə çoxalır. Bu səbəbdən venesiyalılar öz şəhərlərini tərk etməyə məcbur olurlar.
Telekanalın məlumatına görə, 1970-ci ildə Venesiyanın tarixi mərkəzində 110 min insan yaşayırdı, indi isə onların sayı iki dəfə azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]