Venesiyanın Doje sarayının sərgisindən qiymətli cavahirat əşyaları oğurlanıb
Roma, 6 yanvar, AZƏRTAC
Yerli polisin məlumatına görə, qətərli sahibkar ailəsinə aid olan dəyəri minlərlə avro təşkil edən qiymətli əşyalar Venesiyanın “Palazzo Ducale” sarayının sərgisindən oğurlanıb. Polis qiymətli daş-qaşların necə oğurlandığına aydınlıq gətirməyə çalışır.
AZƏRTAC İtaliyanın “thelocal.it” saytına istinadla xəbər verir ki, Venesiya polis komissarı Vito Gagliardi deyib: “Böyük səs-küy doğuran oğurluğun bütün səbəblərinə aydınlıq gətirmək üçün Roma polis ekspertləri dərhal hadisə yerinə cəlb edilib. Daş-qaş olan vitrinin niyə belə asanlıqla açıldığını və həyəcan siqnalının nə üçün gec işə düşdüyünü aydınlaşdırmağa çalışırıq”.
Qiymətli daş-qaş əşyaları “Böyük Moğollar dövrünün və hind maharadjalarının sərvətləri” sərgisindəki eksponatdan götürülüb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [18:19]
Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb
- 15.09.2026 [18:00]
Oman yaxınlığında gəmiyə hücum olub, itkin düşənlər var
- 15.09.2026 [17:33]
ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib
- 15.09.2026 [16:16]
Xorvatiyada ilk hibrid elektro-dizel qatarı istifadəyə verilib
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [15:08]
Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
- 15.09.2026 [14:25]