İQTİSADİYYAT


Venesuela: Neft hasilatının azaldılması üçün Azərbaycan da daxil olmaqla qeyri-OPEC ölkələri ilə danışıqlar aparılır

A+ A

Bakı, 5 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Neft hasilatının azaldılması ilə bağlı Azərbaycan da daxil olmaqla Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan böyük neft hasilatçıları Rusiya və Omanla aktiv danışıqlar aparılır.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib. Nazir bildirib ki, əgər OPEC-ə üzv ölkələrin Əlcəzair görüşündə gündəlik neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi qeyri-rəsmi razılıq rəsmiləşərsə, bu, qiymətlərə ciddi təsir edə bilər. Lakin yekun qərar OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək yığıncağında veriləcək.

“Əgər həmin qərar qəbul olunarsa neftin qiyməti normallaşa bilər. Fikrimcə bu zaman qiymətlər sentyabr ayının orta qiymətindən 10-16 dollar yüksək olacaq. OPEC gündəlik hasilatı 0,7 milyon barrel azalda bilər. OPEC və kartelə üzv olmayan ölkələr arasında əldə olunacaq razılığa əsasən, neft təklifinin əlavə olaraq 0,5 milyon barrel azalması mümkündür. Hasilatın stabilləşdirilməsi istiqamətində hazırda Oman, Rusiya və Azərbaycanla aktiv danışıqlar aparılır”, - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.