DÜNYA


Venesuela: Nikolas Maduro müxalifəti “paralel dövlət” yaratmaqda ittiham edir

Bakı, 24 iyul, AZƏRTAC

Venesuela Prezidenti Nikolas Maduro yuxarı məhkəmə instansiyasının qərarının əleyhinə olaraq parlamentin təyin etdiyi Ali məhkəmənin bütün üzvlərinin həbs ediləcəyini bildirib və müxalifəti “paralel dövlət” yaratmaqda təqsirləndirib.

AZƏRTAC Euronews telekanalına istınadla xəbər verir ki, Maduro, həmçinin ölkə daxilində və xaricdə etirazlara baxmayaraq, Konstitusiya Assambleyasına seçkilərin keçiriləcəyini təsdiqləyib. Müxalifət nümayəndələri seçkilər əleyhinə iyulun 24-də və 28-də kütləvi aksiyalar təşkil olunacağını, həftənin ortalarında 48 saatlıq tətilə başlayacaqlarını bildiriblər.

Ölkədə etirazların baş qaldırdığı vaxtdan indiyədək azı 100 nəfər həlak olub, 1500 nəfər yaralanıb, 1000-dək nümayişçi həbs edilib.

Konstitusiya Assambleyasına seçkilər iyulun 30-da keçirilməlidir.

Bir qədər əvvəl Maduro onun bu mövqeyini tənqid edən Avropa İttifaqının nümayəndəsi Federiko Moqereniyə sərt cavab verib. Prezident deyib ki, “Venesuela müstəqil və suveren dövlətdir, biz heç kəsin daxili işlərimizə qarışmasına yol verməyəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.