İQTİSADİYYAT
Venesuela OPEC və qeyri-OPEC ölkələrin neftin qiymətində sabitliyi nəzərdə tutan razılığa yaxın olduqları qənaətindədir
Bakı, 19 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Venesuela Prezidenti Nikolas Maduro Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin neftin qiymətində sabitliyi nəzərdə tutan razılığa yaxın olduqları qənaətindədir.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, N.Maduro bu fikirləri OPEC-in əsas hasilatçılarından olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşündə deyib.
H.Ruhani isə qlobal neft bazarında sabitliyin təmin olunması məqsədi daşıyan cəhdləri dəstəkləyəcəklərini söyləyib.
Qeyd edək ki, OPEC-ə üzv və Rusiya da daxil olmaqla digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrın 27-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]