DÜNYA
Venesuela: etiraz aksiyaları zamanı daha 12 nəfər həlak olub
Bakı, 31 iyul, AZƏRTAC
Venesuelada Konstitusiya Assambleyasının yaradılması əleyhinə müxalifət tərəfindən təşkil olunan etiraz aksiyalarında həlak olanların sayı artmaqdadır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, son sutka ərzində etiraz aksiyaları zamanı azı 12 nəfər həlak olub. Hakimiyyətdən narazı olan venesuelalılar küçə nümayişlərinə qoyulan qadağalara baxmayaraq, etirazları davam etdirirlər. Assambleyaya seçki günü paytaxt Karakasda, eləcə də Merida və Taçira ştatlarında nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yeni toqquşmalar baş verib. Bir çox yerlərdə aksiyalar kütləvi iğtişaşlarla nəticələnib.
Hökumət əleyhinə etiraz aksiyalarının baş qaldırdığı aprel ayından indiyədək həlak olanların sayı 110 nəfəri ötüb, 1,4 minədək insan həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]