İQTİSADİYYAT


Venesuela ilə İran OPEC və qeyri-OPEC ölkələrinin sammitinin keçirilməsi üçün razılığa gəliblər

A+ A

Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC

Venesuela və İran qlobal bazarda qiymət strategiyasını müəyyən etmək üçün gələn ilin birinci rübündə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə qeyri-OPEC ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşünün keçirilməsi barədə razılığa gəliblər.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro deyib.

“Mən İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə dedim ki, gəlin birgə neft bazarı və qiymətlər üzrə yeni mexanizmin yaradılması üçün 2017-ci ilin birinci rübündə OPEC ölkələri ilə qeyri-OPEC ölkələrinin dövlət və hökumət başçılarının görüşünü keçirək. Biz bu barədə razılığa gəldik. Görüşə qeyri-OPEC ölkələrinin dövlət başçılarını dəvət edək”, - deyə N.Maduro bildirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.