İDMAN


Venesuelada futbol klubunun avtobusu qarət olunub

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Venesuelanın “Truxilyanos” futbol klubunun avtobusu qarət məqsədi ilə silahlı şəxslərin hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə komandanın rəsmi saytı açıqlama yayıb.

İnsident Boka de Uçire şəhəri ərazisində, komanda “Manqas”la ölkə çempionatı oyununa gedərkən baş verib. Altı silahlı kişi avtobusu dayandıraraq bir neçə kilometr onunla gedib və bütün qiymətli əşyaları – idman ləvazimatları, formaları, videokameralar, noutbukları özləri ilə götürüblər.

Qarətçilər futbolçuları iki saatdan çox saxlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.