DÜNYA


Venesuelanın paytaxtında etirazçılar Ali Məhkəmənin binasını yandırıblar

Bakı, 13 iyun, AZƏRTAC

Venesuelanın paytaxtı Karakasda növbəti etiraz aksiyası zamanı Ali Məhkəmənin binası yandırılıb.

TASS informasiya agentliyinin məlumatına görə, etirazçılar binaya yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atıblar.

Eyni zamanda, hücuma binanın birinci mərtəbəsində yerləşən bank da məruz qalıb. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar, zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, ölkədə aprelin əvvəlindən başlayan iğtişaşlar nəticəsində 100-ə yaxın adam ölüb, 1000-dən çox insan xəsarət alıb, 3 mindən çox etirazçı isə saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.