SİYASƏT


Venki Venkateş: Bakı Konqresi xəbər agentlikləri arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdi

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası xəbər agentlikləri arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdi.

Bu fikri Hindistanın PTI xəbər agentliyinin baş direktoru Venki Venkateş AZƏRTAC-a müsahibəsində səsləndirib.

“Tədbirlərdə dünyanın hər yerindən aparıcı xəbər agentliklərinin nümayəndələri iştirak edirdi. Biz Bakıda yüksək səviyyədə təşkil olunan konqresdə təcrübələrimizi paylaşdıq, gələcək əməkdaşlığın bünövrəsini qoyduq”, - deyə V.Venkateş vurğulayıb.

Təşkilatçılara minnətdarlığını bildirən hindistanlı qonaq AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresinə uğurla sədrlik edəcəyinə əminliyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.