CƏMİYYƏT


Vərəmli xəstələrin müalicəsində psixo-sosial dəstək vacib rol oynayır

Bakı, 7 avqust, AZƏRTAC

Son illər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlıq və qayğı şöbəsinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində ağır formalı vərəmli xəstələrə və onlara xidmət göstərən tibb işçilərinə psixo-sosialyönümlü fəaliyyətlərin həyata keçirilməsində böyük təcrübə qazanıb.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Səbail rayonundakı 3 nömrəli vərəm əleyhinə dispanserdə keçirilib. Tədbir zamanı xəstələr öz həyatları, üzləşdikləri xəstəlik barədə onları yoluxmağa gələn cəmiyyət üzvlərinə söhbət açıb, onlara göstərilən ailə üzvlərinin dəstəyi barədə məlumatlar veriblər. Vərəm xəstələri bu cür yardımın onların sosial və psixoloji vəziyyətlərinə göstərdiyi müsbət təsiri qeyd ediblər.

Cəmiyyətin üzvləri vərəm xəstələrinin yaşayış imkanları, dərmanların onların sağlamlığına göstərdiyi təsir, müalicələr müddəti və digər ehtiyacları ilə maraqlanıblar. Tədbir zamanı, həmçinin səhhəti ağır olan xəstələrə qulluq edən həkim və tibb işçiləri ilə görüşüb fikir mübadiləsi aparıblar. Xəstələrin dediyinə görə, psixoloji yardım onları müalicəni davam etdirməyə ruhlandırır və onu uğurla sona çatdırmağa həvəsləndirir.

Dispanserdə müalicə alan xəstələrlə görüş onların psixoloji durumunun dəyişməsinə və əhval-ruhiyyələrinin yaxşılaşmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.