İQTİSADİYYAT


Vergi Apelyasiya Şurasının icraatına 23 vergi ödəyicisi üzrə 36 müraciət daxil olub

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

2016-cı ilin III rübü ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 23 vergi ödəyicisi üzrə 36 müraciət olub. Belə ki, 3 vergi ödəyicisi üzrə 3 müraciət 2016-cı ilin II rübündən qalıq qalıb, 20 vergi ödəyicisi üzrə 33 müraciət isə bu ilin III rübü ərzində daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Şuranın icraatına daxil olan müraciətlərdən 7 vergi ödəyicisi üzrə 9 müraciət kameral vergi yoxlamasının, 9 vergi ödəyicisi üzrə 12 müraciət səyyar vergi yoxlamasının, 4 vergi ödəyicisi üzrə 8 müraciət operativ vergi nəzarətinin nəticələri, 2 vergi ödəyicisi üzrə 6 müraciət artıq ödənilmiş vergilərin qaytarılması, 1 vergi ödəyicisi üzrə 1 müraciət xronometraj metodu ilə aparılmış müşahidənin nəticələri ilə bağlı olub, 8 vergi ödəyicisi üzrə 10 müraciət isə 1 oktyabr 2016-cı il tarixinə qalıq qalıb.

İcraatda olan müraciətlərin hər biri üzrə Şuranın katibliyi tərəfindən bütün lazımi materiallar toplanılıb. Müraciətlər üzrə inzibati araşdırmanın nəticəsi olaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, “Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun qərarlar qəbul edilib.

Şurada qəbul edilən 36 müraciətin 13-ü tam və ya qismən təmin edilib, 4-ü təmin edilməyib, 1-nin icraatına xitam verilib, 8-i üzrə ödəyicilərə izahedici məktublar göndərilib, 10 müraciət üzrə inzibati araşdırmanın müddəti növbəti rübə keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.