İQTİSADİYYAT


Vergi bəyannamələrinin yeni formaları təsdiq edildi

A+ A

Bakı, 26 avqust, AZƏRTAC 

Prezident İlham Əliyevin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamının tələblərinə uyğun olaraq, Vergilər Nazirliyi tərəfindən “Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması, “Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası”, habelə “Sadələşdirilmiş verginin bəyannaməsi” və “Əlavə dəyər vergisinin bəyannaməsi”nə, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsinə”, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə əlavələr və onların tərtib edilmə qaydalarına dəyişikliklər təsdiq edilib.

Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək.

Sözügedən sənədlərlə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində və “Vergilər” qəzetinin növbəti sayında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.