DÜNYA


Vergi limanları ABŞ vergi sisteminə başağrısı verir

Bakı, 13 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarında hazırda qüvvədə olan vergi qanunvericiliyinə əsasən, hər hansı xarici dövlətdə əldə edilmiş gəlir ölkəyə gətirilənə qədər vergiyə cəlb olunmur. Bu isə bəzi şirkətləri öz gəlirlərini ABŞ sərhədlərindən kənarda fəaliyyət göstərən vergi limanlarında yerləşdirməyə təhrik edir.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, ekspertlərin hesablamalarına görə, offşorlarda saxlanılan və vergidən yayındırılan pulların məbləği milyardlarla dollar təşkil edir. Buna görə də ABŞ şirkətlərinin pullarının ölkəyə gətirilməsi üçün mövcud vergi sistemi yenidən nəzərdən keçirilməli, elə bir qanunvericilik bazası yaradılmalıdır ki, həmin sistem şirkətləri gizlətdikləri vergini dövlət büdcəsinə ödəməyə vadar etsin.

Qeyd olunub ki, bəzi şirkətlər ABŞ-dan kənarda mənzil qərargahlarını yaradır və ya öz patentlərini, yaxud müəlliflik hüquqlarını vergi dərəcələrinin aşağı olduğu ölkələrə köçürürlər. Bu isə dövləti yalnız gəlirlərdən məhrum etmir, həm də öz gəlirlərini vergi limanlarına keçirməyən vicdanlı ABŞ şirkətlərinin vergi yükünün artmasına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.