İQTİSADİYYAT


Vergi ödəyicilərinin qanuni mənafeləri müdafiə olunur

A+ A

Bakı, 13 iyul, AZƏRTAC 

Bu ilin birinci yarısında Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatına 74 müraciət daxil olub.

AZƏRTAC “vergilər.az” saytına istinadla xəbər verir ki, bu müraciətlərdən 16-sı kameral vergi yoxlamaları, 41-i səyyar vergi yoxlamaları, 15-i operativ vergi nəzarətinin nəticələri, 2-si vergi hesabatının vaxtında təqdim olunmamasına görə tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlıdır. Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 74 müraciətdən 26-sı vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsiri ilə bağlı şübhələrin olması, analoji vergi ödəyicisinin Vergi Məcəlləsinin tələblərinə uyğun seçilməməsi, vergidən yayınma halını təsdiq edən sübutların olmaması, vergi ödəyicisinin dövlət büdcəsinə etdiyi ödənişlər, sosial vəziyyət nəzərə alınaraq, habelə sahibkarlıq fəaliyyətinin təşviqi, vergi ödəyicilərinin fəaliyyətinin davam etdirilməsinin stimullaşdırılması məqsədilə tam təmin edilib.

Dövr ərzində Şurada 10 müraciətin qismən təmin olunması barədə müvafiq qərarlar qəbul edilib. Altı müraciət üzrə mübahisələndirilən dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin olunub.

Bundan əlavə, eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün “İnzibati icraat haqqında” Qanunun 72.2-ci maddəsi rəhbər tutularaq, 14 müraciətin icraatına xitam verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.