İQTİSADİYYAT
“Vergi qanunvericiliyi” təlim bloku üzrə 16 onlayn təlim keçirilib
Bakı, 25 avqust, AZƏRTAC
2016-cı il ərzində sertifikatlaşdırılma ilə əlaqədar operativ vergi nəzarəti, vergi ödəyicilərinin uçotu və qeydiyyatı, vergi borclarının alınması, vergi auditi, vergi cinayətlərinin ibtidai araşdırılması və bəyannamələrin kameral yoxlanılması sahələri üzrə Vergilər Nazirliyinin elektron kitabxanasında “Vergi qanunvericiliyi” təlim bloku üzrə 16 onlayn təlim keçirilib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, bu təlimlərə 374 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilib.
Qeyd olunub ki, bu təlim bloku sertifikatlaşdırılma prosesinin birinci mərhələsidir. İlk mərhələni uğurla keçən əməkdaşlar “Vergi inzibatçılığı” təlim bloku üzrə ikinci mərhələyə dəvət ediliblər. Birinci mərhələdən uğurla keçmiş 146 nəfər ikinci mərhələyə təlimlərə cəlb olunub.
Hər iki mərhələni uğurla keçmiş 125 nəfərə üç dərəcə üzrə sertifikatlar verilib, 50 nəfər isə birinci dərəcəli sertifikata layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]