İQTİSADİYYAT
Vergilər Nazirliyi: Forex bazarında valyuta əməliyyatlarından vergi tutulmur
Bakı, 11 avqust, AZƏRTAC
Forex bazarında valyuta əməliyyatları həyata keçirildiyi halda rezident şəxslərdən vergi tutulurmu?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Forex bazarında valyuta əməliyyatları həyata keçirilərsə, pul vəsaiti ƏDV məqsədləri üçün vergitutma obyektini təşkil etmir.
Bununla yanaşı, rezident şəxslər tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülən zamanı əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində köçürülən məbləğin 10 faizi miqdarında vergi tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]