İQTİSADİYYAT


Vergilər Nazirliyi: Malların topdan və pərakəndə satışı sahibkarlara yalnız qaimə ilə təqdim olunmalıdır

Bakı, 10 avqust, AZƏRTAC 

Malların topdan və pərakəndə satışı necə rəsmiləşdirilməlidir?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, topdansatış ticarət obyektlərindən mallar sahibkarlıq fəaliyyəti subyektlərinə yalnız qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə rəsmiləşdirilməklə təqdim edilməlidir.

Sözügedən ticarət obyektindən malların vergiödəyicisi olmayan şəxslərə təqdim edilməsi, habelə təqdim edilmiş mallara görə nəzarət kassa aparatı (NKA) çekinin təqdim olunması vergi qanunvericiliyində nəzərdə tutulmayıb.

Malların vergiödəyicisi olmayan istehlakçılara (vətəndaşlara) son istehlak məqsədilə satışı isə pərakəndə ticarət sayılmaqla, həmin fəaliyyət nəzarət kassa aparatı vasitəsilə həyata keçirilməli və onlara NKA-nın çeki təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.