İQTİSADİYYAT


Vergilər Nazirliyi bələdiyyə nümayəndələri üçün təlim təşkil edib

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Vergilər Nazirliyinin Tədris Mərkəzində “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi: Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları” mövzusunda 2 günlük təlim keçirilib. Təlimdə 59 bələdiyyə nümayəndəsi iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli vergi və ödənişlərin elektron uçotu ilə əlaqədar, eləcə də “Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu”nun müddəaları, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisinin, fiziki şəxslərin əmlak və torpaq vergilərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hesablanması və ödənilməsi qaydaları barədə bələdiyyə nümayəndələrinə ətraflı məlumatlar verilib.

Təlimdə Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) altsistemləri və onların xüsusiyyətləri, BVİS-də yerli verginin ödəyicisi olan fiziki şəxslərin uçota alınması, qeydiyyata alınmış yerli verginin ödəyicilərinə yerli vergilərinin hesablanması və tədiyyə bildirişlərinin elektron qaydada hazırlanması və yerli vergilər üzrə daxilolmaların BVİS-ə işlənməsi prosedurları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılıb və bu mövzular ətrafında müzakirələr aparılıb.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində təlimlərə təlimçi qismində cəlb edilmiş Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının əməkdaşları bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi, bələdiyyə torpaqlarının idarə edilməsi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, habelə bələdiyyələrin şəffaflığının artırılması, korrupsiya hüquqpozmalarının qarşısının alınması mövzuları üzrə təqdimatlarla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.