İQTİSADİYYAT


Vergilər Nazirliyi proqnoz tapşırığına 100,1 faiz əməl edib

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon 477,8 min manat çoxdur.

Bu ilin həmin dövrü ərzində respublika üzrə 105 min 605 vergi ödəyicisi qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.