Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Bakı, 10 dekabr, AZƏRTAC 

Vergilər Nazirliyində “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının 2015-ci ildə də davam etdiyini, bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparılıb.

Vergilər Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib, bu dəyişikliklər 2015-ci il oktyabrın 20-də Milli Məclis tərəfindən qəbul olunaraq, həmin ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayan F.Məmmədov dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqinin də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Bildirilib ki, dövlət tərəfindən aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.

Vergi yükünün azaldılmasına yönəlmiş digər dəyişikliklər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60 min manatdan 100 min manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 min manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsidır. Həmin dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin ödəyicilərin vergi yükünün azaldılmasını təmin edəcək.

Bununla yanaşı, qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.

Dünyada baş verən qlobal iqtisadi dəyişikliklər nəticəsində ölkə iqtisadiyyatının yeni şəraitdə inkişaf etdiyini diqqətə çatdıran vergilər naziri deyib ki, bununla bağlı vergi orqanlarının üzərinə kifayət qədər çətin və məsuliyyətli vəzifələr düşür. Ölkə başçısı dəfələrlə vurğulamışdır ki, büdcənin cari xərcləri vergi daxilolmaları, habelə gömrük və digər daxilolmalar hesabına təmin olunmalıdır və bu da vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarına tam həcmdə və vaxtında əməl olunması ilə bağlı Vergilər Nazirliyi tərəfindən çox ciddi tədbirlər görülməsini tələb edir.

Bir tərəfdən neftin qiymətinin aşağı düşməsi hesabına bu sahədən daxil olan gəlirlərin və müvafiq olaraq vergi daxilolmalarının azalması, digər tərəfdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin xeyli hissəsinin sosial yönümlü olması, o cümlədən əhalinin böyük bir təbəqəsinin əmək haqlarından tutulan gəlir vergisi, habelə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin və ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin artırılması nəticəsində vergi daxilolmalarında gözlənilən azalmaları da nəzərə almaqla büdcəyə daha çox vergi yığılması üçün vergi bazası genişləndirilməli, vergidən yayınmağa cəhd göstərənlərə qarşı daha sərt inzibati tədbirlər görülməlidir. Bütün bunlar artıq Məcəllədə öz əksini tapıb və 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun və digər normativ hüquqi aktların tətbiqi ilə əlaqədar konkret Tədbirlər Planının təsdiq edilməsi barədə əmr imzaladığını diqqətə çatdıran F.Məmmədov həmin planda nəzərdə tutulan tədbirlərin icrasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O bildirib ki, planda Vergi Qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq bir sıra yeni qaydaların hazırlanması və ya mövcud qaydalara dəyişiklik edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinin formasının və tərtib edilməsi qaydasının hazırlanması, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər tərəfindən ödəmə mənbəyində tutulan gəlir vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydasının hazırlanması, illik dövriyyəsi 200 min manatdan artıq olan, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün təqdim ediləcək məlumat formasının və onların uçota alınmaq qaydasının hazırlanması, 2016-cı ilin 1 yanvar tarixinə illik dövriyyəsi 200 min manat və az olan ƏDV ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq rejiminə keçid mexanizminin hazırlanması, saxta aksiz markaları ilə markalanmış malların müəyyən edilmə mexanizminin işlənib hazırlanması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikinti-quraşdırma işlərinə başlanması və seçdiyi vergitutma metodu barədə verilən məlumat formasının və onun tərtib edilmə qaydasının hazırlanması, nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin digər məsələlərlə bağlı treninqlərin keçirilməsi öz əksini tapıb.

Tədbirlər Planında büdcə proqnozları və onların icrası, Məcəllədəki dəyişikliklərlə bağlı vergi ödəyicilərinə göstəriləcək xidmətlər, əhalinin və vergi ödəyicilərinin KİV-lər vasitəsilə məlumatlandırılması, vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi, vergi ödəyicilərinin təsərrüfat subyektlərinin inventarizasiyasının keçirilməsi, operativ vergi nəzarəti tədbirlərinin təşkili zamanı tərtib olunan akt və inzibati xətalara dair işlər haqqında protokolun formasının təqdiq edilməsi, kadr və tədris məsələləri, yeni proqramlar əsasında vergi orqanı əməkdaşlarına təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Sonda vergilər naziri Fazil Məmmədov müzakirə olunan məsələlərlə bağlı konkret tapşırıqlarını verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İranla çox yaxşı danışıqlar apardıq

Fransada müflis olan müəssisələrin sayı artıb

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Macarıstanın MOL neft-qaz şirkəti yeni obyekti istismara verməyə hazırlaşır

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib

Azərbaycan şahmatçısı: Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil

Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib

Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri Gürcüstanda səfərdədirlər

Almaniyanın daxili işlər naziri Budapeştdəki ekstremist hücumlarla bağlı açıqlama verib

Rəcəb Tayyib Ərdoğan: Dağıdıcı zəlzələlər fonunda Türkiyə yenidən dünyaya öz gücünü nümayiş etdirib

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir

Azərbaycanlı alim Moskvada beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Qazaxıstan BTC marşrutu üzrə uzunmüddətli tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir

V.Z.Nəsirlinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib

"GəncVİZYON'un qalibi: İdeyamızı reallığa çevirəcəyik VİDEO

"GəncVİZYON'un qalibi: İdeyamızı reallığa çevirəcəyik VİDEO

Qivami Rəhimli: Son nəfəsinə qədər Azərbaycanın dostu - Tomas Qolts

Azərbaycan çempionatı: Sərbəst güləşdə 5 çəki üzrə finalçılar müəyyənləşib

MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir

Tovuzda yanan evdən kişi meyiti tapılıb VİDEO

Tovuzda yanan evdən kişi meyiti tapılıb VİDEO

Gənclər Günü gəncliyə verilən dəyərin bariz nümunəsidir – Naxçıvanda tədbir

Azərbaycandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə edilib

Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramının prioritetləri hansılardır?

Kanadadakı soydaşlarımızın adaptasiyası məsələsi ilə bağlı təkliflər səsləndirilib

Qırğızıstan və Dünya Bankı havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə layihənin icrasını müzakirə edib

Azərbaycanda su idarəçiliyi kontekstində damcı suvarma üsulunun əhəmiyyəti TƏHLİL

Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb: Zatulinin bəyanatına görə Moskvaya etiraz notası verilib

Vəsimə İsmayılqızı: İsmayıl Qarayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd olunacaq

Azərbaycan HDQ komandanı Pakistanda səfərdə olub

Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar

“GəncVİZYON” ideyatonu keçirilib VİDEO

“GəncVİZYON” ideyatonu keçirilib VİDEO

Ədliyyə naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub

Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyirlər? – STATİSTİKA

Prezident mükafatçısı: Göstərilən etimad məni daha məsuliyyətli və məqsədyönlü çalışmağa sövq edir

Paytaxtda ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb

Bakıda tanınmış mütəxəssisin iştirakı ilə oxatma təlimləri keçirilib

Ötən il Naxçıvanın büdcə daxilolmalarında qeyri-dövlət sektoru birinci olub

Hesablama Palatası Əbu-Dabidə dövlət auditində süni intellektin tətbiqi məsələlərini müzakirə edib

"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun buraxılış mərasimi keçirilib

Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələr təsdiqlənib FƏRMAN

Pərvanə Cəlallı: “GəncVİZYON” gənclər üçün açıq və yaradıcı platforma rolunu oynayır VİDEO

Pərvanə Cəlallı: “GəncVİZYON” gənclər üçün açıq və yaradıcı platforma rolunu oynayır VİDEO

Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Neft DİM 7-yə nail olunmasında mühüm rol oynaya bilər

“Naxçıvan” klubu amerikalı basketbolçu transfer edib

Oman danışıqları neftin qiymətinə təsir edib

Rumıniya–Bolqarıstan–Yunanıstan xətti regional iqtisadi balansı dəyişir

“Bənövşə gölü” su anbarı yenidən qurulur: 7 kəndin su problemi həll olunacaq

“İmişli” heyətinə yeni futbolçu cəlb edib

Ötən ay “Azərbaycan Dəmir Yolları” ilə daşınan sərnişinlərin sayı 20 faiz artıb

Yusif Vəliyev: "GəncVİZYON" ideyatona 500-ə yaxın gənc qatılıb VİDEO

Yusif Vəliyev: "GəncVİZYON" ideyatona 500-ə yaxın gənc qatılıb VİDEO

Kamran Qasımov: “Küldə şərqi deyənlər” filmi Nigeriyada beynəlxalq festivalda nümayiş olunacaq

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Tovuzda fermerlərin müraciətlərini dinləyib

Fransa ordunu gücləndirir

ABAD-çı: Bir əl işi 10 günə ərsəyə gəlir FOTO VİDEO

ABAD-çı: Bir əl işi 10 günə ərsəyə gəlir FOTO VİDEO

Hidrogeoloq: Yeraltı suların monitorinqi və müşahidə işləri sistemli şəkildə davam etdirilir

Avropa Komissiyası “TikTok”a dizaynına görə xəbərdarlıq edib

“Beşiktaş”dan növbəti transfer

Murat Demirci: Heydər Əliyev adına ibtidai məktəb Azərbaycanın Kahramanmaraş uşaqlarına ən gözəl hədiyyəsidir

Naxçıvanda “Gənc Fest” festivalı keçirilir VİDEO

Naxçıvanda “Gənc Fest” festivalı keçirilir VİDEO

Səudiyyə Ərəbistanı fevralın 8-də Həcc ziyarəti üçün vizaların verilməsinə başlayır

Siyasi şərhçi: Azərbaycan ədaləti öz gücü ilə bərpa etdi

Zlatan İbrahimoviç Olimpiya məşəlini Milanda daşıyıb

Dünya birliyinə beynəlxalq cinayətlərin cəzasız qalmayacağı ilə bağlı mesaj verildi ŞƏRH VİDEO

Dünya birliyinə beynəlxalq cinayətlərin cəzasız qalmayacağı ilə bağlı mesaj verildi ŞƏRH VİDEO

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Bosniya və Herseqovina ilə təcrübə mübadiləsi aparılıb

“YAŞAT” Fondu müharibə əlili Bəhrəm Abdullayevə dəstək göstərib

Azərbaycanın turizm imkanları Türkiyədə beynəlxalq sərgidə təqdim olunur

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə müzakirələr aparıb

Suriyanın keçid dövrü Prezidenti: Dəməşq tarixən Şərqin elm və təhsil mərkəzi olub

Bakıda şagirdin xəsarət yetirdiyi müəllim əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur YENİLƏNİB 3 VİDEO

Bakıda şagirdin xəsarət yetirdiyi müəllim əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur YENİLƏNİB 3 VİDEO

BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub

Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb

Sumqayıtda açıq texnoloji qurğularda yanğınların söndürülməsi ilə əlaqədar təlim keçirilib

Misirdə uşaq və yeniyetmələrin sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun hazırlanır

Şahin İsmayılov: Uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərlə bağlıdır

ASAN AI Hub 7 beynəlxalq tərəfdaşla əməkdaşlıq memorandumları imzalayıb

Gənc kamança ifaçısı: Qara Qarayev musiqi zövqünün formalaşmasında mühüm fiqurdur

Azərbaycan Kubokunda antirekordun təkrarı: 4 oyuna cəmi 4 qol

Emil Əfrasiyab: Qara Qarayev bütöv bir dövrün simasıdır