İQTİSADİYYAT
Vergilər Nazirliyinin Çağrı Mərkəzi bir ayda 19 mindən çox müraciəti cavablandırıb
Bakı, 21 avqust, AZƏRTAC
İyul ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 19 min 237 sual cavablandırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 24,11 faizi elektron xidmətlər, 17,43 faizi qeydiyyat, 16,18 faizi hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 13,98 faizi vergi növləri, qalanları isə vergi qanunvericiliyi və digər məsələlər barədə olub.
Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 6585 zəng edilib, 2571 zəng zamanı vergi borcu, 2017 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib.
Hesabat dövründə vergi ödəyicilərinin məlumatlandırılması üçün nazirliyin təşəbbüsü ilə 64 min 282 SMS göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
- 19.04.2024 [16:26]